Sürpriz kupon – 02.02.2025
Adanademirspor – Kasımpaşa 2
Meydan sahiblərinin Super Liqadakı yerini qorumaq ümidləri günü-gündən daha da azalır. Qonaqlar ötən tur “Hatayspor” üzərində fantastik qələbədən sonra əla əhval-ruhiyyədilər. “Adabademirspor”dan fərqli “Kasımpaşa”nın heyətində itkilər də yoxdur. Qonaqların qələbəsinə mərc edirəm.
Milan – İnter 2
Gecənin matçı İtaliyada oynanılacaq. Milan derbisi və ya italyanların dili ilə desək “Derby della Madonnina” rəqiblərin formasından asılı olmayaraq hər zaman gərgin və maraqlı keçir.
“Rossoneri” hazırda heç də yaxşı günlərini yaşamır. Buna səbəb Serjiu Konseysaonun futbolçularla konfliktləridi.
“Parma” üzərində əsas vaxta əlavə olunmuş dəqiqələrdə 2 qol vuraraq əzmkar qələbə qazanan “Milan”ın baş məşqçisi final fitindən dərhal sonra komandanın kapitanı David Kalabriya ilə meydanda mübahisə edib, onu itələdi və bu anı hamı televiziya ekranlarından gördü.
Konseysaonun Alvara Morata ilə də ciddi konflikti var. Buna görə ispan hücumçunun “Qalatasaray”a icarə verilməsi gündəmdədir.
Bütün bunlara ÇL-də Zaqrebdəki son matçda “Dinamo”ya sensasiyalı məlubiyyəti də əlavə etsək, komandada ab-havanın qaydasında olmadığını və portuqaliyalı mütəxəssisin özünün mövqeyinin laxladığını görə bilərik.
“İnter”də isə hər şey qaydasındadı. Üstəlik, zədəsini sağaldan Hakan Çalxanoğlunun da əsas heyətə qayıdışı gözlənilir. “Neradzurri” A Seriyasında “Napoli”dən 3 xal geri qalır, amma ehtiyatda 1 oyunu var. Və bu qarşılaşma “İnter”ə liderlə xalları bərabərləşdirmək üçün əla şansdı.
Öz mərcimizi yaradıb, bu qarşılaşmada çoxlu sarı vərəqə göstəriləcəyinə və yekunda “İnter”in qalib gələcəyinə mərc edə bilərik.
Roma – Napoli Qonaq komanda/Heç-Heçə və Üst 1.5
“Roma” Klaudio Ranyerinin gəlişindən sonra günü-gündən oyununu yaxşılaşdırır. “Napoli” isə liderlərindən biri Xviça Kvaratsxeliyanı itirsə də, əla performansını davam edir.
Düşünürəm ki, A Seriyasının lideri bu oyunda məğlub olmayacaq və matçda ən azı 2 qol vurulacaq.