Sürpriz kupon – 01.12.2025

Sürpriz kupon – 01.12.2025

Qoritsa – Dinamo Zaqreb 2

Xorvatiya çempionatının lideri “Dinamo” xal itirəcəyi halda zirvəni “Hayduk”a təhvil verəcək. Ötən iki görüşdə “Qoritsa”ya uduzan zaqreblilər Avropa Liqasında da məğlub oldu. Fransada “Lill”ə 0-4 hesabıyla uduzan “Dinamo”nun növbəti məğlubiyyəti ciddi problemlər yaradacaq. Heyətdəki itkilərə baxmayaraq qonaqların səfərdə minimal hesablı qələbəsinə inanıram.

Petrolul Ployeşt – Metalaqlobus QOL/YOX

Rumıniya çempionatının autsayderləri 18-ci turda bir-birinə rəqib olacaq. Ardıcıl altı matçda qələbəyə həsrət qalan “Petrolul”un iki müdafiəçisi matçda iştirak etməyəcək. Ötən 4 turda cəmi 2 xal toplayan qonaqlarda da vəziyyət qənaətbəxş deyil. Hər iki tərəfin hücumda problemi olduğuna görə komandalardan birinin fərqlənə bilməyəcəyini düşünürəm.

Kluj Universiteti – Universitatea Krayova ÜST2.5

Liderdən 6 xal geri qalan qonaqlar son üç səfər matçında qələbəni bayram edib. Bu oyunlardan biri Konfrans Liqası, digəri Rumıniya Kubokuna aiddir. Son həftələr meydanı qolsuz tərk etməyən “Kluj”da hücumçular maksimum dəqiq oynamağa çalışır. Bu səbəbdən məhsuldar nəticəyə pul qoyuluşunu riskli saymıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 01.12.2025

Növbəti yazı

Mikolenko “Jirona”nın hədəfində