Sürpriz kupon – 01.12.2024
Fiorentina – İnter Qol/Qol
A Seriyasında liderlər qrupunda yer alan 2 komandanın dueli maraqla gözlənilir. “İnter” bu mövsüm müdafiədə etibarlı oyunu ilə diqqət çəksə də, “Fiorentina”nın bütün turnirlər daxil son 11 oyunda meydanı qolsuz tərk etmədiyini də nəzərə almalıyıq. Fikrimcə, bu matç üçün qarşılıqlı qollar daha münasib variantdır.
Liverpul – Mançester Siti 1-ci hissə – Mançester Siti
“Mançester Siti” son oyunlarda hamını şoka salıb. Qvardiolanın məşqçi karyerasında 6 oyundan 5-də uduzub, yalnız 1 heç-heçə etdiyi tarixçə olmayıb. Bu səbəbdən indi “Liverpul” turnir cədvəlində “Mançester Siti”ni 8 xal qabaqlayaraq inamla liderlik edir. Məncə, rəqibin bu rahatlığı və uğursuz seriyaya son qoymaq istəyi Qvardiolanın komandasına üstünlük verir. Məncə, “Siti” bu oyunda uduzmayacaq. Hətta bir az da risk edib ilk hissədə Mançester klubunun qalib gələcəyinə mərc edirəm.
Marsel – Monako Qol/Qol
Liqa 1-də lider PSJ-ni izləyən iki komandanın dueli. 12 oyuna 10 qol buraxan “Monako”nun müdafiəsini yarmaq hər komandaya nəsib olmur. Amma məncə, “Marsel” bunu bacaracaq. “Monako”nun da qol vuracağına inandığımdan mərc olaraq qol-qol variantına üstünlük verirəm.