Sürpriz kupon – 01.11.2025
Xetafe – Jirona (2) ÜST
Bəlkə də çoxları bu oyunda 2,5 üst olacağına inanmır. Amma sürpriz kuponda süpriz axtarışındayıq. Hisslərim deyir ki, azarkeşlər azı 3 qol görəcək. Amma riski azaldaraq, 2 üst seçimini tövsiyə edirəm.
Napoli – Komo 1
Komo əla formadadır. Amma Napoli də çempionluğun ən böyük namizədidir. Neapolluların büdrəməyə haqqı yoxdur. Xal itkisi liderliyi əldən vermək demək olacaq. Napolinin çətin də olsa qalib gələcəyini güman edirəm.
Real Sosyedad – Atletik Bilbao 1
Derbilərin favrotiri olmur. Bask derbisində iki barışmaz rəqib üz-üzə gələcək. Atletik Bilbao hazırda daha çox Çempionlar liqasını düşünür. Bu səbəbdən az da olsa Real Sosyedadı şanslı görürəm. Üstəlik, onlar öz meydanlarında oynayacaqlar. Sürpriz kupon olduğunu nəzərə alaraq, risk etməyə dəyər.












