Sürpriz kupon – 01.11.2024
Turan Tovuz – Qarabağ 1X
“Qarabağ” Premyer liqada yeganə məğlubiyyətini məhz “Turan-Tovuz”dan alıb. Hazırda Avroliqada səfər oyununu düşünən “Qarabağ”ın bu oyunda da xal itirmək ehtimalı var. Nəzərə alsaq ki, süni örtüklü meydançada onlar risk almayacaqlar. Kurban Berdiyevin komandası isə ilk dövrədəki qələbənin təsadüf olmadığını sübut etməyə çalışacaq. Sürpriz axtarışında olanlar risk edə bilər.
Preussen Münster – Fortuna Düsseldorf X
Fortuna Düsseldorf 2-ci Bundesliqanın lideridir. Özü də bu, səfərdə keçridikləri 5 oyunun 5-də də qələbə qazanmaqla olub. Lakin bütün seriyalar qırılır. Məncə elə bu turda biz buna şahidlik edəcəyik. Görüşün heç-heçə başa çatmaq ehtimalı böyükdür.
Fluminense – Qremio X
Bərabər səviyyəli iki komandanın görüşündə kimin qalib gələcəyini demək çətindir. Məncə hər iki komanda ehtiyatlı davranacaq. Hətta, hesabın açılmayacağını da düşünürəm. Sürpriz kuponda risk etməyə dəyər.