Sürpriz kupon – 01.11.2022
“Preston” – “Suonsi” – ALT 2,5
6-cı yeri tutan “Suonsi”ni bir qələbə liderlər qrupuna çıxara bilər. Komanda iki ardıcıl qələbədən sonra ötən tur “Bristol Siti” ilə heç-heçə etdi – 1:1.
“Preston” da son oyununu qələbə ilə başa vurub.
“Preston” “Kardiff”lə birgə Championship-də ən az qol vuran (13) komandadır. Hətta sonuncu yerdə gedən “Vest Bromviç” daha çox fərqlənib.
“Hall Siti” – “Middlsbro” – QOL/QOL
“Hall Siti” ardıcıl 2 qələbədən sonra ötən tur öz meydanında “Bləkpul”a uduzdu – 0:1.
“Mançester Yunayted”in əfsanələrindən Maykl Kerrikin çalışdırdığı “Middlsbro” 17 xalla təhlükəli zonada yerləşir. “Middlsbro” da son oyununda meydanı məğlub tərk edib.
Bu komandalar arasında son 3 görüşdə “Hall Siti” qələbə qazansa da, indi Acunun sahib olduğu klubun vəziyyəti elə də yaxşı deyil.
“Luton” – “Ridinq” – 1
Hər iki komanda 17 oyundan sonra 25 xal toplayıb. “Luton” yalnız topların fərqinə görə rəqibini 2 pillə qabaqlayaraq 9-cu yeri tutur.
“Luton” son 2 görüşdə qələbə qazana bilməyib. “Ridinq”də zədəli futbolçuların sayı çoxdur. Bu komandalar arsında son 4 görüşün üçündə “Luton” qələbə qazanıb. Yenə meydan sahiblərinin qalib gəlmək ehtimalı çoxdur.