Sürpriz kupon – 01.07.2023
“Vaterford” – “Finn Herps” – ən çox qol vurulan hissə – 2-ci hissə
“Vaterford”un hücum xətti məhsuldar, “Finn Herps”in müdafiəsi isə bərbad oyunu ilə diqqət çəkir. Ona görə bol qollu oyun gözləyirəm. Fikrimcə, qolların daha çoxu matçın 2-ci yarısında vurulacaq.
“Dandolk” – “Şemrok Rovers” – 15-ci dəqiqəyə kimi qol – xeyr
Bu matçın bol qollu keçəcəyini istisna etmirəm. Amma hesabın erkən açılacağını da düşünmürəm. Fikrimcə, oyunun ilk 15 dəqiqəsində tablodakı sıfırlar dəyişməız qalacaq.
“Əl Mokavlun Əl Ərəb” – “Əl Daklyeh” – cüt şans x2
6-cı sırada yer alan meydan sahibi “düşmə zonası”nda qərarlaşan “Əl Daklyeh”lə matçda favorit sayılsa da, bu görüşdə sürpriz qeydə alına bilər. Çempionatın bitməsinə 3 tur qalır və “Əl Mokavlun Əl Ərəb” üçün liqada heç bir hədəf qalmayıb. Qonaqlar isə yüksək liqada yerini qorumaq üçün mütləq xal qazanmalıdır. Ona görə “Əl Daklyeh”in uduzamamasına mərc edirəm.