Sürpriz kupon – 01.02.2026
Qarabağ – Turan Tovuz – QOL/QOL
Qarabağ matçın favoritidir, qələbəsinə də çox inanıram, bu öz yerində. Amma Tovuz təmsilçisinin də rəqibə problem yaradacağını təxmin edirəm. Kurban Berdıyevin komandası Qarabağa qarşı oynadığı son 3 matçda uduzsa belə, qol vurmağı bacarıb. Fikrimcə, bu dəfə də belə olacaq.
Betis – Valensiya – QOL/QOL
Bu komandaların aralarındakı görüşər adətən gərgin, qarşılıqlı qollarla keçir. Tərəflərin son 6 duelindən 5-də hər iki komanda qol vurub. Hazırda Valensiya La Liqada qalmaq, Betis avrokuboklara vəsiqə uğrunda mübarizə apardığından qələbə hər iki tərəf üçün çox vacibdir. Məncə, qol\qol variantı bu qarşılaşma üçün daha optimal seçimdir.
Strasburq – PSJ – QOL/QOL
Strasburq dekabrın 6-dan bu yana bütün turnirlər nəzərə alınmaqla oynadığı 8 matçın heş birində uduzmayıb. Bu 8 görüşdə toplam 19 qol vurub. PSJ-yə qarşı komanda adətən mübariz oyunu ilə seçilib. Tərəflərin öz aralarındakı son 10 duelindən 9-da qarşılıqlı qollar vurulub. Məncə, bu varianta mərc etməyə dəyər.












