Sürpriz kupon – 25.05.2025

Sürpriz kupon – 25.05.2025

Mançester Yunayted – Aston Villa 1

Çoxları düşünür ki, Aston Villa bu görüşdə qələbə qazanacaq. Onlara bu görüşdə qələbə vacibdir. Amma mən sürpiz nəticəyə ümid edirəm. Əslində Mançester Yunaytedin qələbəsinə sürpriz demək qəribə səslənir. Amma bu mövsümkü nəticələr belə deməyə əsas verir. Məncə Amorim və komandası son turda doğma azarkeşlərə qələbə sevinci bəxş edib, növbəti mövsüm üçün ümid verməyə çalışacaqlar. Bunu bacara bilərlər.

Tottenhem – Brayton 1

Avropa Liqasının qalibi olan Tottenhemdə əla ab-hava var. Son turda doğma azarkeşlər önündə bu titulu qələbə qazanaraq qeyd etmək yerinə düşər. Braytonun da heç bir iddiasının qalmadığını düşünsək, Tottenhemin qələbəsinə ümid etmək olar.

Venetsiya – Yuventus 1X

Yuventus üçün qələbə vacib olsa da, bu oyunda 1 xal da kifyət edə bilər. Lakin, Venetsiya üçün 3 xal daha önəmlidir. Klub bəlkə də tarixinin ən önəmli oyununa çıxacaq. Bu görüşdə qələbə A seriyasında qalmaq üçün çox vacibdir. Yuvenin mövsüm ərzində qeyri-stabilliyini nəzərə alsaq, düşünürəm ki, meydan sahibləri uduzmayacaq. Sürpriz kuponda risk etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 25.05.2025

Növbəti yazı

“Qarabağ”dan səfər qələbəsi