Superliqa layihəsi genişləndirilir
Avropa Superliqası layihəsi ilə bağlı yeniliklərin detalları bəlli olub. Hələ də yarışın təşkilində maraqlı olan “Real”, “Barselona” və “Yuventus” layihəni genişləndirməyə qərar verib.
Bu klublar hüquqi məsələləri həll edə bilsə, Çempionlar Liqası ilə rəqabət aparacaq turnir yaranacaq. Superliqaya təkcə zəngin klublar deyil, öz ölkələrində dominantlıq edən, amma Avropada uğur qazana bilməyənlər də cəlb olunacaq. Şotlandiya, Türkiyə, Ukrayna, Portuqaliya, Belçika, Niderland və Rusiya təmsilçilərinin turnirə dəvəti gözlənilir.
Yenilənmiş layihə qapalı liqa olmayacaq və 20 komandalı bir neçə diviziondan ibarətdir. Yüksək liqa, iki yarımqrupdan ibarət ikinci liqa, həmçinin dörd qrupdan təşkil edilən ikinci liqada ümumilikdə 140 komanda mübarizə apara biləcək.