Superkubokun yeri dəyişdirilir

Superkubokun yeri dəyişdirilir

UEFA 2023-cü ildə Rusiyanın Kazan şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Superkubokunun yerini dəyişməyi planlaşdırır.

Qurum hazırda gələn ilin avqustundakı həlledici matç üçün alternativ məkanları müzakirə edir. Bununla “Ak Bars Arena” UEFA Superkubokunun təşkil olunacağı ilk Rusiya stadionu olmaq şansını itirəcək.

Superkubokda Çempionlar Liqası və Avropa Liqasının 2022/23 mövsümündəki qalibləri üz-üzə gələcək. Qeyd edək ki, bu il Superkubok Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Vieyra ilə bağlı araşdırmalar başladı

Növbəti yazı

“Borussiya”da vida