Superkubokun sahibi “Real” oldu
UEFA Superkubokunun sahibi müəyyənləşib. Həlledici matçda Madrid “Real”ı “Ayntraxt”la qarşılaşıb.
Helsinkidə keçirilən görüşə hər iki komanda fəal başlayıb. Hesab 37-ci dəqiqədə açılıb. David Alaba topu ”Ayntraxt”ın qapısından keçirib. 65-ci dəqiqədə Kərim Benzema adını tabloya yazdırıb – 2:0.
2:0 hesabı ilə qalib gələn ”Real” Superkubokun sahibi olub.