Superkubokun hakimi açıqlandı
UEFA Superkubokunun hakimi müəyyənləşib. Bunu UEFA açıqlayıb.
Avqustun 10-dakı qarşılaşmanı Maykl Oliver idarə edəcək. İngiltərəli hakim “Real”la “Ayntraxt”ın görüşündə fit çalacaq.
Bu görüşdə yenilik də tətbiq ediləcək. İlk dəfə bu səviyyəli UEFA matçında ofsaydın yarımavtomatik müəyyənləşdirilməsi sistemindən istifadə olunacaq.
Qeyd edək ki, avqustun 10-dakı matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.