Superkubok Ər-Riyadda
Türkiyə Superkuboku Səudiyyə Ərəbistanında keçiriləcək. Ölkə çempionu “Qalatasaray” və kubokun qalibi “Fənərbaxça” bu ölkənin paytaxtı Ər-Riyadda qarşılaşacaq.
Matç “Al-Avval Park Arena”da baş tutacaq. Qarşılaşma dekabrın 30-da keçiriləcək.