Super Liqada növbəti ayrılıq
“Kayserispor” baş məşqçisi Markus Qisdolla yollarını ayırıb. Klub prezidenti Nurettin Açıkkal “AA”ya açıqlamasında məlumatı təsdiqləyib.
Klub Qisdola 600 min avro ödəniş edəcək.
Komanda Markus Qisdolun rəhbərliyi altında çıxış etdiyi 8 liqa oyununda 5 heç-heçə və 3 məğlubiyyət alaraq cəmi 5 xal toplayıb.












