Super Liqada istefa
Türkiyə Super Liqasında növbəti istefa gerçəkləşib. “Sivasspor” baş məşqçisi Sərvət Çətinlə yollarını ayırıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Buna uğursuz nəticələr səbəb olub. Çempionatda 17 matçda 21 xal toplayan “Sivasspor” 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Çətin bu ilin iyununda Sivas təmsilçisinin baş məşqçisi təyin olunub.