“Sumqayıt”la “Qəbələ”dən ev qələbəsi

“Sumqayıt”la “Qəbələ”dən ev qələbəsi

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tur başa çatıb. Turun ikinci günündə iki oyun keçirilib.

Sumqayıtda eyniadlı komanda “Şamaxı”nı qəbul edib. Hər hissədə bir qol vuran Əli Qurbani meydan sahiblərinə 2:0 hesablı qələbə qazandırıb. Bu, “Sumqayıt”ın 15 oyunluq qələbə həsrətinə son qoyub.

Avrokuboklara vəsiqəyə iddialı “Qəbələ” “Neftçi” ilə görüşüb. Qarşılaşmanın taleyini bir qol həll edib. İsnik Alimi penalti zərbəsi ilə meydan sahiblərinə üç xal qazandırıb. Bu qələbə ilə “Qəbələ” “Sabah”ı arxada qoyaraq 4-cü pilləyə yüksəlib.

Qeyd edək ki, növbəti turun matçları mayın 15-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Mbappe Madriddə

Növbəti yazı

Haland “Mançester Siti”də tibbi müayinədən keçdi