“Sumqayıt”ın oyununun vaxtı dəyişdirildi

“Sumqayıt”ın oyununun vaxtı dəyişdirildi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycanı təmsil edəcək “Sumqayıt”ın səfər matçının vaxtı dəyişdirilib. Klub Macarıstanda “Şosto” Arenada “Fehervar”la oyuna 1 gün tez çıxacaq.

Qarşılaşma nəzərdə tutulduğu kimi, avqustun 1-də deyil, iyulun 31-də baş tutacaq. 

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında ilk görüş iyulun 25-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Niderland Fransanı sınağa çəkir

Növbəti yazı

Messidən rekordlar