“Sumqayıt”ın kapitanı “Neftçi”də

“Sumqayıt”ın kapitanı “Neftçi”də

“Neftçi” bu gün ikinci transferini reallaşdırıb. Bu barədə klubun mətbuat xidmətindən məlumat yayılıb. 

Paytaxt klubu Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovu transfer edib. 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə komandamızın şərəfini qoruyub.

Onun sonuncu klubu “Sumqayıt” (2019-2025) olub.

Qeyd edək ki, Elvin Bədəlov Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə 33 matçda meydana çıxıb və 3 qolla yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Murad Xaçayev “Neftçi”də

Növbəti yazı

Mahir Emreli debütündə fərqləndi