“Sumqayıt”ın kapitanı karyerasını bitirir

“Sumqayıt”ın kapitanı karyerasını bitirir

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayevin gələcək karyerası bəlli olub. Bunu klubun mətbuat xidməti açıqlayıb.

“Gənclik şəhəri” təmsilçisinin kapitanı futbolçu karyerasını başa vurur.

Bununla əlaqədar sabah “Turan Tovuz”la oyunun startından öncə yarımmüdafiəçi ilə vida tədbiri keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisində 11 oyun keçirən 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Bakı”, “Simurq”, “Qarabağ” və “Zirə”nin formasını geyinib.

ETOPAZ

Əvvəlki yazı

Baena “Atletiko”da

Növbəti yazı

Kamal Umudlu Avropa çempionatında