“Sumqayıt”ın iki futbolçusu millidə

“Sumqayıt”ın iki futbolçusu millidə

“Sumqayıt”ın 2 futbolçusu ölkələrinin milli komandalarına dəvət alıb. “Gənclik şəhəri” təmsilçisinin yarımmüdafiəçisi Ronaldo Vaskez Puerto Riko ilə 2 yoxlama oyununda Dominikan Respublikası yığmasına köməklik edəcək.

Görüşlər martın 22-də və 26-da olacaq.

Tresor Mossi isə DÇ-2026-nın seçmə mərhələsində Burundi millisinə çağrılıb. O, martın 21-də Fildişi Sahili, 4 gün sonra Seyşel adaları ilə matçlarda yığmasının heyətində yer ala bilər.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 13.03.2025

Növbəti yazı

Yığmamızın oyunlarının hakimləri bəlli oldu