“Sumqayıt”ın hazırlıq planı müəyyənləşdi

“Sumqayıt”ın hazırlıq planı müəyyənləşdi

“Sumqayıt”ın qış hazırlıq planı bəlli olub. Saşa İliçin yetirmələri Azərbaycan Premyer Liqasında dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Kollektiv 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz” liderliyini davam etdirir

Növbəti yazı

Mendidən yeni müqavilə