“Sumqayıt”ın futbolçusu millidə

“Sumqayıt”ın futbolçusu millidə

“Sumqayıt”ın futbolçusu Ronaldo Vaskez Dominikan Respublikası milli komandasına çağırılıb. Yarımmüdafiəçi iyunda keçiriləcək matçlara dəvət alıb.

Dominikan Respublikası dünya çempionatının seçmə mərhələsində iki oyun keçirəcək. Ronaldonun komandası iyunun 7-də və 11-də müvafiq olaraq Qvatamela və Dominika ilə qarşılaşacaq.

Marselo Nevelefin yetirmələri ardınca Şimali və Mərkəzi Amerika ölkələrinin iştirakı ilə keçirilən “CONCACAF Gold Cup” turnirində iştirak edəcək. A qrupunda yer alan Dominikan Respublikası iyunun 15-də Meksika, 19-da Kosta Rika, 23-də isə Surinamla qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Futbol tarixində yeni rekord

Növbəti yazı

Bellingem əməliyyat olunacaq