“Sumqayıt”dan yeni transfer

“Sumqayıt”dan yeni transfer

“Sumqayıt” 2025/26 mövsümü üçün daha bir futbolçunu heyətinə qatıb.

Komanda son olaraq Türkiyənin “Sakaryaspor” klubunda çıxış etmiş Konqo millisinin üzvü mərkəz yarımmüdafiəçisi Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sankt Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən inamlı qalibiyyət

Növbəti yazı

Mbappedən daha bir uğur