“Sumqayıt”dan yeni transfer
“Sumqayıt” “Sabah”ın sabiq basketbolçusu Fuad Niftəliyevi transfer edib.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Təcrübəli oyun qurucusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Fuad “Sabah”ın heyətində 2 dəfə Azərbaycan çempionu olub. O, mövsümün ilk iki oyununda “Naxçıvan” klubunun heyətində meydana çıxıb.












