“Sumqayıt”dan yeni transfer

“Sumqayıt”dan yeni transfer

“Sumqayıt” növbəti transferini həyata keçirib. “Gənclik şəhəri” təmsilçisi amerikalı basketbolçu Elayca Hatçins-Everetti heyətinə qatıb.

23 yaşlı oyuçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

211 sm boya malik basketbolçu mərkəz mövqeyində oynayır. 2021-ci ildə ABŞ-nin “Ostin Pi Qaverners” klubunda karyerasına başlayan Elayca 2 il sonra “Seton Holl Payrets” komandasına keçib. O, ötən mövsüm “Ceyms Meddison Dyuks” kollektivinin üzvü olub. Hatçins-Everett ötən mövsüm hər oyuna orta hesabla 11,4 xal və 5,9 ribaundla yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Norris sərbəst yürüşü lider tamamladı

Növbəti yazı

“Zirə”nin tarixində 500-cü qol