“Sumqayıt”dan yeni transfer
Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” növbəti transferini rəsmiləşdirib.
Bu barədə klubun mətbuat xidmətindən açıqlama məlumat yayılıb.
Komanda serbiyalı futbolçu Aleksa Yankoviçlə heyətinə qatıb. 25 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksanın son klubu “Radniçki” olub. O, “Partizan”, “Vozdovaç”, “Çukariçki” kimi klublarda da çıxış edib.











