“Sumqayıt”dan yeni transfer

“Sumqayıt”dan yeni transfer

“Sumqayıt” heyətini özbəkistanlı hücumçu ilə gücləndirib. Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb.

27 yaşlı futbolçu “Sumqayıt”a Özbəkistanın “Nasaf” klubundan keçib. Bobur komandada “9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub. Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” – “Kəpəz” matçının yeri dəyişdirilib

Növbəti yazı

“Real”dan inamlı qələbə, “Yuventus” mübarizəni dayandırdı