”Sumqayıt”dan səfər qələbəsi
Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. Açılış matçı Yevlaxda baş tutub.
”Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların üstünlüyü ilə keçib. Hesab ilk yarıda açılıb. Aleksa Yankoviç fərqlənib. Ronaldo Vazkezin vurduğu qol isə həlledici olub – 2:0.
Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.












