“Sumqayıt”dan səfər qələbəsi
Azərbaycan Basketbol Liqasında XVI tur davam edir. Turun ikinci gününün matçları fərqli qruplarda keçiriləcək.
Öncə B qrupunun görüşü baş tutub. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandaların duelində “Lənkəran” “Sumqayıt”ı qəbul edib. Ev sahibləri yenə məğlubiyyətə üzülüblər.
A qrupunda isə tura yekun vurulacaq. Qrupun autsayderləri “Abşeron”la NTD vacib xallar üçün mübarizə aparacaq.
Qeyd edək ki, tura B qrupunun sabah keçiriləcək 2 oyunu ilə yekun vurulacaq.
B qrupu
14:00. “Lənkəran” – “Sumqayıt” – 83:88 (21:18, 20:29, 17:16, 25:25)
Lənkəran OİK