“Sumqayıt”dan ev qələbəsi
Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub. Son matç Sumqayıtda baş tutub.
Şəhərin eyniadlı komandası “Şamaxı”nı qəbul edib. Matç qarşılıqlı hücumlar şəraitində keçib. Hesabı qonaqlar açıb. Leroy Mikels fərqlənib. Lakin meydan sahibləri bərabərliyə nail ola bilib. Cordan Rezabala adını tabloya yazdırıb. İkinci yarıda Rövlan Muradovun penaltidən vurduğu top “gənclik şəhəri” təmsilçisinə qələbə qazandırıb – 2:1.