“Sumqayıt”dan Cavadov qərarı
“Sumqayıt” Futbol Klubunda Müşahidə Şurasının növbəti iclası baş tutub. İclasda komandanın ötən ildə əldə etdiyi uğurlara toxunulub.
Daha sonra isə hazırda komandanın müvəqqəti baş məşqçisi funksiyasını icra edən Vaqif Cavadovun işi qənaətbəxş hesab olunub və onunla daimi əsaslı müqavilə bağlanılması qərara alınıb. Cavadov qarşıdakı 2,5 il müddətində “Sumqayıt”ın baş məşqçisi təyin olunub.