“Sumqayıt”dan böyükhesablı qələbə

“Sumqayıt”dan böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında I tur davam edir. Turun ikinci günü Bayılda start götürüb.

“Səbail” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüşdə hesabı qonaqlar açıb. Rövlan Muradov debüt matçında qol vurub.

Fasilədən az sonra Davit Qomis hesaba tarazlıq gətirsə də, “Səbail” qonaqlar qarşısında tab gətirməyib. 10 dəqiqəyə üç qol vuran Samir Abasovun yetirmələri 4:1 hesablı qələbə qazanıb. Öncə penaltidən Erik Sorqa fərqlənib, ardınca Kamran Quliyev və Səbuhi Abdullazadə qol sevinci yaşayıb. Beləliklə, “Sumqayıt” çempionata böyükhesablı qələbə ilə başlayıb.

Qeyd edək ki, turun bu gün keçiriləcək digər matçında “Qarabağ”la “Zirə” üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada oyun cədvəli

Növbəti yazı

Çempion məğlubiyyətlə başladı