“Sumqayıt”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında VIII tur davam edir. İkinci oyun gününə Sumqayıtda yekun vurulub.
Şəhərin eyniadlı komandası “Karvan-Yevlax”ı qəbul edib. Görüşə meydan sahibləri üstün başlayıb. Ronaldo Vaskes hesabı açıb. Çox keçmədən qonaqlar bərabərlik topunu vurub. Coy Sleyd Mikels adını tabloya yazdırıb.
İkinci yarıda “Sumqayıt” qələbə qazanmağı bacarıb. Aleksandr Ramalinqom penaltidən dubl edibsə, Aleksa Yankoviç cərimə zərbəsindən dəqiq olub – 4:1.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.












