“Sumqayıt”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında 31-ci tura start verilib. Açılış oyunu Tovuzda keçirilib.
“Turan Tovuz” “Sumqayıt”ı qəbul edib. Görüşdə 5 qol vurulub. Şəhriyar Əliyev avtoqol müəllifi olubsa, Erik Sorqa fərqi 2 topa çatdırıb. İkinci yarıda meydan sahibləri vurulan toplardan birinin əvəzini çıxıb. Otto Con penaltini dəqiq yerinə yetirib. Lakin qonaqlar rəqibini daha 2 dəfə meydanın mərkəzindən başlamağa məcbur edib. Öncə Səbuhi Abdullazadə, ardınca Cordan Rezabala adını tabloya yazdırıb – 4:1.