“Sumqayıt”dan 400-cü qol

“Sumqayıt”dan 400-cü qol

Azərbaycan Premyer Liqasının XXVII turunun “Turan Tovuz”la oyunu “Sumqayıt” üçün əlamətdar olub. “Gənclik şəhəri” təmsilçisi Premyer Liqada 400-cü qolu vurub.  2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən Bobir Abdixolikov olub. 

“Sumqayıt” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub.

Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollrdan 210-u ev, 190-ı səfər matçlarında vurulub.

Qeyd edək ki, “Sumqayıt”ın Premyer Liqadakı 1-ci qolunu Eşqin Quliyev 2011/12 mövsümündə vurub. O, 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər matçında (1:2) fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Cavid Hüseynov istefaya göndərildi

Növbəti yazı

“Səbail”in baş məşqçisi bəlli oldu