”Sumqayıt”dan əzmkar qalibiyyət
Azərbaycan Premyer Liqasında X tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesabı meydan sahibləri açıb. Roi Kehat fərqlənib. İlk hissənin sonlarında Çarlz Boli qonaqların qolunun müəllifi olub.
İkinci yarı daha məhsuldar alınıb. Startda Patrik Andrade komandasını önə çıxarıb. Hissənin sonları dramatik alınıb. Öncə Ronaldo Vazkez hesabı bərabərləşdirib. Daha sonra isə Roi Kehat meydan sahiblərinə qələbə qazandıran qolu vurub – 3:2.
Qeyd edək ki, tura “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulacaq.












