“Sumqayıt”dan əzmkar qələbə
Azərbaycan Premyer Liqasında XIII turun ikinci günü start götürüb. “Neftçi” öz meydanında “Sumqayıt”ı qəbul edib.
İlk yarıda hesabı açan bakılıların heyətində Ataa Caber fərqlənib. Lakin qonaqlar ikinci yarıda dönüş yarada biliblər.
Öncə Masaki Morata, ardınca Roi Kehat qol sevinci yaşayıblar. Sumqayıtın eyniadlı təmsilçisi 2:1 hesablı əzmkar qələbə ilə 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.