“Sumqayıt”dan əzmkar qələbə

“Sumqayıt”dan əzmkar qələbə

Azərbaycan Premyer Liqasında XIII tur davam edir. Son oyun gününə Şamaxıda start verilib.

Rayonun eyniadlı komandası “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsində hesan açılmayıb. İkinci yarıda “Şamaxı” fərqlənib. Kərim Rossi adını tabloya yazdırıb. Lakin çox keçmədən hesab bərabərləşib. Aleksa Yankoviç oyuna tarazlıq gətirib. Ardından Aleksandr Ramalinqom komandasına qələbə qazandıran topu vurub – 2:1.

Qeyd edək ki, tura “Qəbələ” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”dan yeni göstərici

Növbəti yazı

Günün kuponu – 01.12.2025