“Sumqayıt”da yeni hücumçu
“Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib. Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalanıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Liberiya millisinin üzvü son mövsümü Özbəkistanın “Surxon Termiz” klubunda keçirib. 25 yaşlı hücumçu “Sumqayıt”da 99 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Taşkını heyətinə qatıb.