Sumqayıtda qollu bərabərlik
Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir. Günün ilk matçında “Araz-Naxçıvan” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Turan Tovuz”u qəbul edib.
Gərgin keçən qarşılaşmanın ilk hissəsi ev sahiblərinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Komandanın heyətində Ba-Muaka Simakala fərqlənib.
Lakin ikinci hissədə hücumların sayını artıran Tovuz təmsilçisi hesabı bərabərləşdirib. Ayxan Hüseynov adını tabloya yazdırıb və oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.












