Sumqayıtda hesab açılmadı

Sumqayıtda hesab açılmadı

Azərbaycan Premyer Liqasında XXI tur davam edir. Bu gün daha bir matç baş tutub.

“Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib. İlk hissə qarşılıqlı hücumlar şəraitində keçib. Meydan sahibləri 11 metrlik cərimə zərbəsi qazanıblar. Lakin Rövlan Muradov dəqiq ola bilməyib. İkinci yarı da eyni ssenari ilə keçib. Buna baxmayaraq, hesab açılmayıb – 0:0.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 02.02.2025

Növbəti yazı

Dembele PSJ-nin tarixinə düşdü