Sumqayıtda 6 qol

Sumqayıtda 6 qol

Azərbaycan Premyer Liqasında XXVIII tur davam edir. Bu gün daha bir matç keçirilib.

“Sumqayıt” “Sabah”ı qəbul edib. Oyunda hesabı qonaqlar açıb. Umarali Raxmonaliyev fərqlənib. Çox keçmədən Ronaldo Vazkez hesabı bərabərləşdirib. Meydan sahibləri Bobir Abdixalikovla üstünlüyə də yiyələnib.

Lakin ikinci yarıda qonaqlar iki qol vurmağı bacarıblar. Öncə Raxmonaliyev dublunu rəsmiləşdirib. Daha sonra isə Tellur Mütəllimov fərqlənib. Buna baxmayaraq, “Sumqayıt” Momo Yansanenin qolu ilə 1 xal qazanıb – 3:3.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi Arena”da qollu bərabərlik

Növbəti yazı

AFFA rəsmiləri Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirdilər