“Sumqayıt” və “Kəpəz” cərimələndi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Tədbirdə Azərbaycan Premyer Liqasının III turunda baş verənlərlə bağlı qərarlar verilib.
“Kəpəz” – “Turan Tovuz” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib.
Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimələnib. Bu matçda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” 500 manat ziyana düşüb.