“Sumqayıt” “Sabah”a qalib gəldi
Azərbaycan Premyer Liqasında bir oyun keçirilib. II turun təxirə salınan matçında “Sumqayıt” “Sabah”ı qəbul edib.
Görüşdə bir qol vurulub. Erkən qol vuran meydan sahibləri üç xala seviniblər. Həlledici qola Kamran Aliyev imza atıb. O, 4-cü dəqiqədə fərqlənib.
Qeyd edək ki, komandaların 4 gün əvvəl keçirilən matçında “Sabah” 3:1 hesabı ilə qalib gəlmişdi.