“Sumqayıt” səfərdə 3 xal qazandı
Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub. Turun son matçı Tovuzda keçirilib.
“Turan Tovuz” “Sumqayıt”ı qəbul edib. Matça meydan sahibləri fəal başlayıblar. Ayxan Quseynov erkən qol vurub. Lakin qonaqlar Ayxan Süleymanlı ilə hesabı bərabərləşdiriblər. İkinci yarıda Bobir Abdixolikovun qolu “gənclik şəhəri” təmsilçisinə qələbə qazandırıb – 2:1.