“Sumqayıt” “Osiyek”ə məğlub oldu
“Sumqayıt” üçüncü yoxlama görüşünü keçirib. Komanda həmin matçda da qalib gələ bilməyib.
“Gənclik şəhəri” təmsilçisi bu dəfə Xorvatiyanın “Osiyek” kollektivinə məğlub olub – 0:2.
Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın “Pakş” və Serbiyanın OFK (Berlqrad) komandaları ilə bacarmamışdı – 1:5, 1:4.












