“Sumqayıt” “Neftçi”ni məğlub etdi
Azərbaycan Premyer Liqasında XVI tur davam edir. Bu gün daha bir matç baş tutub.
“Sumqayıt” “Neftçi”ni qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ilk yarıda açılıb. Kamran Quliyev fərqlənib. İkinci yarıda Cordan Rezabalanın vurduğu qolla “gənclik şəhəri” təmsilçisinə qələbə qazandırıb – 2:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.