“Sumqayıt” mübarizəni dayandırdı
Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir. “Sumqayıt” səfərdə “Fehervar”la qarşılaşıb.
İlk görüşdə 1:2 hesabı ilə məğlub olan təmsilçimiz qarşılaşmaya üstün başlayıb. Lakin hesabı açmaq mümkün olmayıb. Matçın hər iki hissəsində qol vurulmadığından “Sumqayıt” mübarizəni dayandırıb.