“Sumqayıt” hamını qabaqladı

“Sumqayıt” hamını qabaqladı

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün ilk hissəsində 95 oyun keçirilib. Bu matçları 124 min 60 tamaşaçı izləyib. Orta göstərici 1306-yə bərabər olub.

XII turun “Sumqayıt” – “Qarabağ” matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.

Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. X turun “Turan Tovuz” – “Şamaxı” qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.

“Sumqayıt” ev oyunlarındakı orta tamaşaçı sayında 1-ci yerdə qərarlaşıb. “Turan Tovuz”un ikinci olduğu siyahıda ilk “üçlüy”ü “Neftçi” qapayır.

1Sumqayıt9258102868
2Turan Tovuz7171002443
3Neftçi8148481856
4Sabah8128551607
5Qarabağ7103871484
6Karvan-Yevlax9131201458
7Şamaxı774001057
8Zirə97950883
9Kəpəz84850606
10Qəbələ74000571
11İmişli84200525
12Araz-Naxçıvan81540193
  Cəmi951240601306

ETOPAZ

Əvvəlki yazı

185 oyunda 447 qol: “Qarabağ”dan üstünlük

Növbəti yazı

“Zaqatala” texniki məğlubiyyət aldı